Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:32

Bərdədə sahibkarlardan investisiya layihələrinin qəbulu başlanır


Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunda bəzi sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Bu barədə İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytında məlumat verilir.

Fond Bərdə rayonunda taxılçılıq, o cümlədən qarğıdalı, pambıqçılıq, bağçılıq, ətlik və südlük istiqamətli cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, plastik qapı-pəncərə və tamet istehsalı müəssisələrinin yaradılmasını prioritet sahə kimi qiymətləndirib.

Fond bildirir ki, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG