Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:31

Hava yenidən soyuyur


Dekabrın 9-da Azərbaycan ərazisində hava yağıntılı olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit olacağı, arabir yağıntılı keçəcəyi gözlənilir.


Dekabrın 8-dən 9-na keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi gözlənilir.


Havanın temperaturu gecə 0-3, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG