Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:53

Fəvvarələr meydanında səssiz etiraz aksiyası


Bir qrup gənc qiymət artımına etiraz aksiyasına cəhd edib

Dekabrın 8-də bir qrup gənc Bakının mərkəzində,etiraz aksiyası keçirib. Son qiymət artımına etiraz edən gənclər Fəvvarələr meydanında toplaşaraq heç bir şüar səsləndirməyiblər. Onlar sadəcə əlləndə ağ vərəq tutaraq etirazlarını sükutla bildiriblər.

Dediklərinə görə, bununla “Ağ günə çıxmaq istəyirik!” mesajını verməyə çalışıblar.

Saxlanan olmayıb, ancaq mülkigeyimlilər etirazçılardan ağ vərəqləri alıb, onların dağılışmasını tələb edib.

Təşkilatçılardan Ramin Hacılı aksiyanı baş tutmuş hesab etdiyini deyib.

Bir neçə gün əvvəl facebook sosial şəbəkəsində yaratdıqları səhifədə təşkilatçılar tələblərini belə sadalayıblar – yanacağın qiyməti təcili endirilsin, avrointeqrasiya istiqamətində cəsarətli addımlar atılsın, ölkədə demokratik islahatlar həyata keçirilsin və s.

Tarif Şurası dekabrın 3-dən benzinin qiymətini 30 faiz qaldırıb. Müxalif qüvvələri birləşdirən Milli Şura dekabrın 15-də buna etiraz aksiyası keçirməyi planlaşdırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG