Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

A. Davutoğlu: Ermənistan blokada vəziyyətindən çıxmaq istəyirsə...


Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu

-
«Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması Cənubi Qafqazdakı siyasi vəziyyətdən və sülhün yaranmasından asılıdır». AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu «Haber türk» telekanalına müsahibəsində deyib.
Nazir bildirib ki, rəsmi Ankara ilə Yerevan arasında diplomatik münasibətlər qurulsa belə, bölgədə sülh olmasa bu əlaqələr hər an kəsilə bilər.
A.Davutoğlu qeyd edib ki, bu gün bölgədə Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir: «Hər üç ölkə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirirlər. Lakin Ermənistan bu əməkdaşlıqda iştirak etməkdən imtina edərək özünü təcrid olunmuş vəziyyətə salıb. Əgər Ermənistan blokadadan çıxmaq istəyirsə işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG