Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

UNESCO-nun keçmiş direktoru Azərbaycan mədəniyyətindən danışdı


Koichiro Matsuura

Koichiro Matsuura

-
"Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir. Qobustan qədim dünya mədəniyyətinin maraqlı nümunələrindəndir". Bunu Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının sonuncu günündə UNESCO-nun keçmiş baş direktoru Koichiro Matsuura jurnalistlərə müsahibəsində deyib.

O, bildirib ki, Komitənin 8-ci sessiyasının işi çox uğurlu və məhsuldar keçib: "Bir çox ölkələr üçün müsbət nəticələr əldə olunub. Azərbaycan hökuməti tərəfindən tədbir çox yüksək səviyyədə təşkil olunub”.

Koichiro Matsuura UNESCO ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə daim diqqət göstərdiyinə görə ölkə prezidentinə, birinci xanıma təşəkkürünü bildirib.

UNESCO-nun keçmiş baş direktoru Azərbaycana hələ ilk səfərində bu ölkənin sürətli inkişafını müşahidə etdiyini, hər dəfə bu ölkəyə gələndə böyük yeniliklərin, möhtəşəm tikililərin, abadlıq işlərinin şahidi olduğunu bildirib.
XS
SM
MD
LG