Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

«The Economist»: Ukrayna Gömrük İttifaqına qoşulur


Vladimir Putin və Viktor Yanukovych

Vladimir Putin və Viktor Yanukovych

-
Ukrayna Ali Radasındakı «Batkivşina» müxalifət fraksiyasının lideri Arseny Yatsenyuk bildirir ki, Viktor Yanukovych dekabrın 17-də Rusiya ilə Gömrük İttifaqına qoşulmaqla bağlı razılaşma imzalamaq fikrindədir.

Arseny Yatsenyuk bunu Kiyevdə keçirdiyi brifinqdə deyib.

Amma o, Yanukovych-in belə bir səlahiyyətinin olmadığını və Ali Radanın belə bir razılaşmanı ratifikasiya etməyəcəyini bildirib:

«Sovet İttifaqının yenidən yaradılması ilə bağlı imzalanacaq istənilən sənəd ölkənin dağılması deməkdir».

Britaniyanın «The Economist» jurnalının baş redaktoru Edward Lucas Moskvadakı mənbələrə istinadən yazır ki, Ukrayna prezidenti 2015-ci il prezident seçkisinədək ölkəsinin Gömrük İttifaqına daxil olacağı barədə öhdəlik götürüb.

Əvəzində Rusiyanın Ukraynaya satdığı qazın qiymətini 200 dollara endirəcəyi və bu ölkəyə 15 milyard dollar nağd pul verəcəyi bildirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov bu məlumatı təkzib edib. Onun dediyinə görə, dekabrın 6-da Vladimir Putin ilə Viktor Yanukovych-in Soçidəki görüşündə Ukraynanın Gömrük İttifaqına qoşulması məsələsi müzakirə olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG