Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:51

Müsavatçının həbsi ilə bağlı iki dövlət qurumundan açıqlama


Foto: Arxiv

Foto: Arxiv

-
Babək rayon sakini, Müsavat üzvü Mehdi Niftəliyev siyasi fəaliyyətinə görə yox, konkret əmələ görə həbs edilib.

Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birgə yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, noyabrın 24-də Mehdi Niftəliyev Culfa gömrük məntəqəsində saxlanan zaman ayaqqabılarının dabanından 13 bükümdə heroin, tiryək və həşiş qatranı tapılıb. Axtarışlar zamanı onun ev və həyətyanı sahəsindən də narkotik maddə tapıldığı qeyd olunur.

Mehdi Niftəliyevin ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Müsavat Partiyası muxtar respublika təşkilatı Mehdi Niftəliyevin şərlənərək həbs edildiyini bildirir.
XS
SM
MD
LG