Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

Şimali Koreya 85 yaşlı amerikalını azad etdi


-
Şimali Koreya 85 yaşlı amerikalı, Koreya müharibəsinin veteranı Merrill Newman-ı həbsdən azad edərək öz ölkəsinə yola salıb.

Bu ölkəyə turist kimi səfər edən Merrill Newman oktyabrın 26-da hava limanında həbs olunmuşdu.

Koreya informasiya agentliyinin məlumatına görə, veteran günahsız mülki vətəndaşları öldürdüyünü və Koreya xalqına qarşı başqa cinayətlər törətdiyini etiraf edib. Pxenyan adıçəkilən amerikalının bu etrifa və yaşına görə azad etdiyini deyib.

ABŞ vitse-prezidenti Joe Biden-lə Merrill Newman artıq Çindədirlər.

Dövlət Departamenti Newman-ın azad olunmasını alqışlayıb və Şimali Koreya hakimiyyətini dövlət çevrilişi ittihamı ilə 15 il həbs cəzası alan digər amerikalını da azad etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG