Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

135 min manat aparanlar tutuldu


-
«Avesta» Konserninə silahlı basqın edib, pul və avtomobil aparanlar tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, dekabrın 6-da Nərimanov rayonundakı «Avesta» Konserninə basqın edən şəxslər xəzinədarı xəncərlə hədələyərək ondan 135 min manat alıblar. Daha sonra şirkətə məxsus «Infiniti» markalı avtomobillə hadisə yerindən qaçıblar.

Hadisəni törədən iki şəxs tutulub. Məlumata görə, onlardan biri şirkətin mühafizəçisi olub.

«Avesta» Konserni «Khazar Islands» (Xəzərdə süni şəhər) layihəsinin rəhbəri İbrahim Nehrəmliyə məxsusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG