Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:57
-
«HÖKUMƏT DEPUTATLARI PİS VƏZİYYƏTDƏ QOYDU»

«Əgər qiymət artımı var idisə, bunu açıq deyərdilər. Biz İqtisadi Siyasət Komitəsinin üzvləriyik. Bunu bilməliydik».

Qafqazinfo-nun yazdığına görə, bu fikirlər Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədova məxsusdur:

«Qiymət artımı var idisə, bunu açıq deyərdilər. Biz İqtisadi siyasət komitəsinin üzvləriyik. Bunu bilməliydik. Büdcə müzakirələrində Maliyyə naziri dedi ki, qiymət artımı nəzərdə tutulmayıb. Birdən-birə benzinin qiymətinin 30-33 faiz qalxması nə deməkdir? Artıq bazarlarda 20-30 faiz qiymət qalxıb. Biz ən azından birinci yarım ili gözləməliydik ki, dünya bazarında neftin qiyməti necə dəyişir. Əhali ilə görüşən bizik, onlar narazılıqlarını bizə bildirirlər. Niyə bunlar bizimlə oynayırlar? Belə çıxır ki, millət vəkillərinin dedikləri qəbul etdiyi qərarlar heç kimə lazım deyil. İnsanlar çox narazıdır…».

«QİYMƏT ARTIMI YOXSULLUĞU ARTIRMAYACAQ»

«Tariflərin optimallaşdırılması sosial gərginliyi, xüsusilə, yoxsulluğun səviyyəsini artırmayacaq».

Bunu yanacağın bahalaşmasını «Azərbaycan» qəzetinə təhlil edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı deyib.

O, 2007-ci ilin yanvarında Tarif Şurası tərəfindən bəzi qiymətlərin qaldırılmasından sonra da bədbin proqnozların özünü doğrultmadığını bildirir:
Aslan İsmayılov

Aslan İsmayılov


«2014-cü ilin dövlət büdcəsi deməyə əsas verir ki, növbəti ildə də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcək».

«TOPA-TOPA BÜLLETEN ATAN HƏKİM VƏ MÜƏLLİMLƏR BİLMƏLİ İDİ Kİ...»

«Paltarlarının altında gizlətdikləri bülletenləri topa-topa qutulara dolduran müəllimlər və həkimlər bilməliydi ki, bu yolla formalaşan hakimiyyət qiymətləri də belə gizlin qaldıracaq».

Bunu «Azadlıq» qəzetinə müsahibəsində hüquqşünas Aslan İsmayılov deyib:

«Bu hakimiyyətin yerinə başqası olsaydı da, eyni addımı atacaqdı. Çünki Azərbaycan xalqı öz həyatına biganəlikdə həqiqətən analoqsuzdur. O yerdə ki vətəndaş qınağı, tələbi yoxdur, o yerdə heç vaxt hakimiyyət vətəndaşın güzəranı barədə fikirləşməyəcək!».

«AMANDIR YENİ İLƏ QƏDƏR QİYMƏTLƏRİ QALDIRMAYIN»

«Bizim yol» qəzeti yazır ki, yanacağın bahalaşmasından sonra qiymət artımı olmasın deyə, ölkənin ən böyük topdansatış mərkəzi – «Meyvəli bazar» nəzarətə götürülüb.

Satıcıların dediyinə görə, bazarda iki gündür ki «xüsusi vəziyyət» elan olunub:

«Fırfıra kimi fırlanırlar ki, amandır Yeni ilə qədər qiymətləri qaldırmayın. Məcbur durmuşuq...».

Lənkəran Olimpiya Kompleksi

Lənkəran Olimpiya Kompleksi

Qəzet yazır ki, topdansatış bazarında kartof-soğanın qiyməti nəzarətdə saxlanılsa da, pomidor və xiyar artıq bahalaşıb:

«Bu məhsulları satanlar qiymətlərin qalxmasını belə əsaslandırıblar: «Pomidor-xiyarı biz hər gün alırıq. Bu kartof deyil ki, birdəfəlik 100 ton alıb anbara yığaq. Xiyar-pomidoru indi istixanalardan götürürük, onlar da qazla işləyir. Qazın qiymətini isə kəllə-çarxa qaldırıblar».

LƏNKƏRANDAKI OLİMPİYA İDMAN KOMPLEKSİ NİYƏ SÖKÜLÜB?

Lent.az Lənkəran Olimpiya Kompleksinin tamamilə söküldüyünü yazır. Kompleksin sökülməsinə divarlarında çatlar səbəb olub.

Kompleksin direktoru Amil Ağayev bildirib ki, 10 il öncə istifadəyə verilmiş qurğunun yerində yenisi və daha müasiri tikiləcək:

«Kompleksimizdə hər 5 ildə bir dəfə əsaslı təmir aparılıb. Bununla belə, Lənkərandakı iqlim şəraiti və yer səthinə görə binada çatlar əmələ gəlmişdi. Həm də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları öncəsi təlim-məşq toplantısı və digər tədbirlər üçün kompleksimizdən istifadə də nəzərdə tutulub. Bu yaxınlarda prezident İlham Əliyev Lənkəranda olarkən, ona məruzə olundu və kompleksin yenidən qurulmasına dair razılıq alındı».

Lənkəran Olimpiya Kompleksi 2003-cü il oktyabrın 9-da açılıb. İnşaat işlərini «Azpetrol» şirkəti həyata keçirib.
Mehman Əliyev

Mehman Əliyev


MÜXALİFƏTDƏKİ QARIŞIQLIQDA İQTİDAR BARMAĞI

«Yeni Müsavat»ın yazdığına görə, «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev müxalifətdəki qarışıqlıqda iqtidardan şübhələnir:

«Burda hakimiyyətin barmağı olub, mən bunu 100 faiz bilirəm. Hətta neçə faiz olub onu da bilirəm, əvvəldən də məlumatım var idi. Ümumiyyətlə, seçkinin də bu şəkildə gedəcəyini gözləyirdim və bu gözləntiləri, informasiyaları partiya liderləri ilə də bölüşmüşəm…».

«İSA QƏMBƏRİN ETİRAFLARI»

«Yeni Azərbaycan» qəzeti Müsavat başqanı «İsa Qəmbərin etirafları»ndan yazır:

«Müsavat sədri etiraf edir ki, radikal düşərgənin mitinqlərinə gələn olmayıb, seçkidə 5 faiz səs qazanıblar».

Qəzet yazır ki, «birincisi, İsa Qəmbər bununla Cəmil Həsənova ancaq Müsavata səs vermək istəyənlərin səs verdiyini demək istəyir. İkinci bir tərəfdən isə, ölkədə rəsmən 5 milyona yaxın seçici var. 5 milyon seçicinin cəmi 200 mininin səsini qazanmaq uğurdurmu? Bu 5 faiz səs deməkdir... İ.Qəmbər rəsmən özü etiraf edir ki, radikal düşərgə təmsilçilərinə səs verilməyib...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG