Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:42

Əlillər yenidən müayinədən keçirilir


-
«Bütün 2-ci və 3-cü qrup əlillər zonalarda əyani müayinədən keçirilməklə yoxlanılacaq və bunun əsasında da qərarlar qəbul ediləcək».

Bunu ANS-ə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Bunun üçün 4-5 komissiya yaradılması nəzərdə tutulub.

Nazir deyib ki, 17 minə yaxın insanın şikayət ərizəsi yenidən araşdırılacaq:

«Hətta işində nöqsanlara yol vermiş komissiya sədrləri barədə qərar da qəbul ediləcək. Fəaliyyətində cinayət tərkibi olan faktlar isə hüquq-mühafizə orqanlarına göndəriləcək».

Nazir bu deyilənlərin bu günlərdə işdən çıxardığı 15 komissiya sədrinə də aid olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG