Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:18

Fransa Mərkəzi Afrika Respublikasına qoşun yeridib


-
İki gün ərzində Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə baş verən qarşıdurmalarda azı 281 nəfərin öldüyü bildirilir.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə istinadən «Reuters» agentliyi xəbər verir.

Banqidə islamçılarla xristianlar arasındakı toqquşmalar olub.

BMT Təhlükəsizlik Şurasının razılığı ilə dekabrın 6-da əraziyə Fransa hərbçiləri daxil olub.

Afrika liderləri ilə Parisdə keçirilən görüşdə Fransa prezidenti François Hollande Afrika ölkələrinin özlərinin təhlükəsizlik qüvvələrinin ərazidə yerləşdirilməsinin vacibliyini bildirib.

F.Hollande Fransanın hər il 20 min afrikalı əsgər və zabit hazırlamağa hazır olduğunu deyib.
XS
SM
MD
LG