Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:32

"Oda" teatrı "Zirzəmi"də qalası oldu - Elmin Bədəlov


"Oda" teatrı "Zirzəmi"də
"Oda" teatrı "Zirzəmi"də
-

Müstəqil "Oda" Teatrı fəaliyyətini “Zirzəmi” məkanında davam etdirəcək. Bu barədə teatrın rəhbəri Elmin Bədəlov özünün baş redaktoru olduğu elitar.az saytında məlumat yayıb.

Noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları "Oda" Teatrının yerləşdiyi Zirzəmi məkanına gələrək orada səs-küy yarandığını və qonşulara narahatlıq yarandığını bildirərək icarə müqaviləsi və "Zirzəmi"nin açarını götürmüşdülər.

Teatr rəhbəri bununla bağlı nazir Ramil Usubova müraciət edib və müraciəti hazırda araşdırılır.

Elmin Bədəlov məsələ ilə bağlı məkanı icarəyə verən yer sahibəsi ilə də danışıqlar aparıb:
Elmin Bədəlov
Elmin Bədəlov

“Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, cənab Ramil Usubova müraciət etmişdim. Nazirə yazdığım müraciət cavabsız qalmadı. Məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar. Noyabrın 23-də baş verən hadisə ilə bağlı geniş izahat verdim. Bildirdilər ki, nazirə ünvanladığım müraciətim əsasında araşdırma aparılır. Düşünürəm ki, artıq fəaliyyətimizi davam etdirməkdə bizə qarşı hər hansı problem yaranmayacaq. Daha sonra icarəyə götürdüyümüz məkanın sahibəsi ilə də əlaqə saxladım. O da bildirdi ki, bizim həmin məkanda fəaliyyətimizə heç bir etirazı yoxdur. Qeyd edim ki, qonşuların bizimlə bağlı şikayəti yoxdur. Biz onlarla söhbət zamanı bunu öyrəndik”.
XS
SM
MD
LG