Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Gulnara Karimovanın işgəncə iddiasını onun yunan tərəfdaşı təkzib edir


Özbəkistan prezidentinin qızı Gulnara Karimovanın polisdə işgəncə ilə bağlı yazdıqlarını onun iş tərəfdaşı olan Janis Galanos təkzib edib.

Karimova Twitterdə yazmışdı ki, Galanosa polisdə işgəncə verilib. 31 yaşlı Yunanıstan vətəndaşı Galanos maliyyə fırıldaqlarında ittiham olunur. Onun təkzibi olan videonu Daşkənddəki Ezgulik insan haqları mərkəzi yayıb. Mərkəzin nümayəndələrinə Galanosla görüşü Özbəkistanın Milli Təhlükəsizlik Nazirliyi təşkil edib.

Karimova iddia edir ki, onun şirkətlərinə qarşı istintaq gedir, tərəfdaşlarının çoxu həbs olunub.
XS
SM
MD
LG