Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

Los Ancelesdəki Konsulluq etiraz edir


-
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu bəyanat yayıb. Bəyanatda deyilir ki, noyabrın 26-da Kaliforniyada yerləşən çırtdan Hayland şəhərinin şurası iki bəyanat qəbul edib: birinci bəyanat “Dağlıq Qarabağın müstəqilliyinin tanınması”, ikinci bəyanat isə “Dağlıq Qarabağın Berdzor şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqələrinin təsis olunması” barədədir.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Şəhər Şurasının hər bir üzvünə bununla bağlı etiraz məktubu göndərib. Məktubda şura üzvlərinin diqqətinə çatdırılır ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz hissəsidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri beynəlxalq birliyin bütün üzvləri tərəfindən tanınıb. Üstəlik, ABŞ dəfələrlə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bildirib.
“Berdzor şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqəsi”nə gəlincə, Azərbaycanda belə bir adda şəhər yoxdur. Bu, 1992-ci ilin may ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın şəhərinə qoyulan qondarma addır. İşğal nəticəsində Laçının 65 mindən çox azərbaycanlı sakini didərgin düşüb. İşğal zamanı minlərlə mülki azərbaycanlı həlak olub. Ermənistan ordusu Laçının yüzlərlə yaşayış yerlərini, tarixi abidələrini və mədəniyyət ocaqlarını qarət edib, dağıdıb”.
Azərbaycan Baş Konsulluğu şura üzvlərini ABŞ Konstitusiyasını pozan, Azərbaycan ilə ABŞ arasındakı güclü və uğurlu tərəfdaşlığa zidd olan bu qərəzli bəyanatları təcili olaraq ləğv etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG