Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Əkrəm Əylisli: «Özümü kimsəsiz, yetim uşaq kimi hiss edirəm»


Əkrəm Əylisli

Əkrəm Əylisli

-
Bu gün Azərbaycanın tanınmış yazıçısı, əməkdar incəsənət xadimi Əkrəm Əylisli doğum gününü qeyd edir.

“Qafqazinfo” bu münasibətlə onunla əlaqə saxlayıb və yazıçı 76-cı doğum gününün təəssüratlarını oxucuları ilə bölüşüb:

“Əgər ciddi deyəsi olsam deyərdim ki, 76 yaşımın bu son günü özümü Allahın gözü qarşısında 76 il ağlamış, günahsız və kimsəsiz, yetim uşaq kimi hiss edirəm”.

Bu arada Əkrəm bəy bu günlərdə Moskvada təşkil olunan “Beynəlxalq İntellektual Kitab Sərgisi” ilə bağlı da informasiya verib.

Qeyd edək ki, həmin sərgidə Əkrəm Əylislinin 3-4 gün öncə Sank Peterburqda nəşr olunan “Не ко времени весна” kitabı da nümayiş olunub. Yazıçının sözlərinə görə, İsveçrənin təşkilatçılığı ilə Moskvada baş tutan sərgidə bütün sovet respublikalarının hər birindən bir yazıçının kitabı buraxılacaq. Ad və soyad ardıcıllığına uyğun olaraq, ilk onun kitabı nümayiş olunub. Eyni ardıcıllıqla gələn il məşhur gürcü yazıçısı Otar Çiladzenin kitabı buraxılacaq.

Onu da əlavə edək ki, kitab artıq Rusiyanın online kitab mağazalarında satışdadır.
Əkrəm Əylisli yeniyetmə yaşında

Əkrəm Əylisli yeniyetmə yaşında

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG