Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

Avropa Birliyi Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq sazişi imzalayıb


Avropa Birliyinin bayrağı

Avropa Birliyinin bayrağı

-
Dekabrın 5-də Brüsseldə Miqrasiya məsələləri üzrə Avropa Komissarı Sesiliya Malstrem və Azərbaycanın Avropa İttifaqında səfiri Fuad İsgəndərov miqrasiya sahəsində əməkdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.
“Bu, Azərbaycan və Avropa vətəndaşlarının yaxınlaşması üçün mühüm addımdır. Əməkdaşlıq sayəsində biz Aİ məkanında miqrasiya problemini bütün tərəflərin, o cümlədən miqrantların özlərinin maraqlarını nəzərə alaraq tənzimləyə bilərik”, deyə Malstrem bildirib.
Saziş çərçivəsində bir sıra istiqamətlər və sahələr müəyyən ediləcək və insanların yerdəyişməsində maksimum səmərəliliyi və rahatlığı təmin etmək məqsədilə bu sahələrdə tərəflərin dialoqu aparılacaq.
Bu, Azərbaycan və Avropa vətəndaşlarının yaxınlaşması üçün mühüm addımdır. Əməkdaşlıq sayəsində biz Aİ məkanında miqrasiya problemini bütün tərəflərin, o cümlədən miqrantların özlərinin maraqlarını nəzərə alaraq tənzimləyə bilərik...
Xüsusən, bu tədbirlər leqal və işçi miqrantlar məsələsində Azərbaycanın imkanlarının gücləndirilməsinə yönəlib.
Qaçqınlara sığınacaq və müdafiə göstərilməsi, müharibə miqrantlarının, o cümlədən qeyri-leqal miqrasiyanın və döyüş əməliyyatları qurbanlarının traffikinqinin qarşısının alınması ilə bağlı məsələlərdə şərait və imkanlar yaxşılaşdırılmalıdır.
Azərbaycan və Aİ arasında bu sazişin imzalanması üzrə danışıqlar 2012-ci ilin fevralında başlayıb və 2013-cü ilin payızında yekunlaşıb.
Avropa İttifaqı Moldova (2008), Gürcüstan (2009), Ermənistan (2011) və bir sıra Şimali Afrika ölkələri ilə belə sazişlər imzalayıb.
Readmissiya haqqında sazişlə birlikdə bu sazişlər vətəndaşların sərhəddə təhlükəsiz hərəkətinin asanlaşdırılması üçün mühüm açar olacaq.
2012-ci ildə Azərbaycanda Şengen vizası üçün müraciətlərin sayı 52 082 təşkil edib ki, bu da 2010-cu ilə nisbətən 34% çoxdur.
Ən çox müraciətlər Almaniyaya – 13,269, Fransaya – 9553 və Çexiyaya – 7049 olub.
Eurostat-ın məlumatına görə, 2012-ci ildə 22 469 Azərbaycan vətəndaşının Avropa zonasında daimi yaşayış hüququ var. Onların yarısından çoxu Almaniyada – 10 090, Fransada – 2828, Böyük Britaniya və Hollandiyadadır (2000). // Turan

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG