Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:10

ABŞ-dakı Rusiya diplomatik korpusu kütləvi fırıldaq ittihamları ilə üzləşir


Preet Bharara, ABŞ Prokurorluğunun Nyu Yorkun cənub rayonları üzrə nümayəndəsi (arxiv fotosu)

Preet Bharara, ABŞ Prokurorluğunun Nyu Yorkun cənub rayonları üzrə nümayəndəsi (arxiv fotosu)

Amerikadakı rusların ABŞ dövlət səhiyyə sisteminə kələk gəlməsi yeni bir hadisə deyil. Lakin “The New York Times” qəzetinin haqqında yazdığı fırıldaqçılar adi ruslar deyil, Rusiya diplomatlarıdır.

Qəzet yazır ki, əslən Rusiyadan olan şəxslər ABŞ-da Mediacare adı ilə tanınan ictimai səhiyyə qurumundan hamiləlik, doğuş və analıq məzuniyyəti adı altında külli miqdarda sığorta pulu alıblar. İddia olunur ki, sözügedən fırıldaqlarda Rusiyanın Nyu Yorkdakı konsulluğu rəsmilərinin əli var. Qəzetin yazdıqlarına inansaq, bu diplomatik korpusdakı fırıldaqçılıq sözün əsl mənasında kütləvi hal alıb. Hər halda nə az, nə də çox - 49 Rusiya diplomatına qarşı cinayət işinin qaldırıldığı bildirilir.

FƏRƏLDAQLA 1,5 MİLYON YARIM PUL ƏLDƏ OLUNUB

“The New York Times”a əsasən, Nyu Yorkdakı Rusiya diplomatlarının və onların arvadlarının fırıldaq yolu ilə müavinətlər alması son 9 il ərzində davam edib. İşi aparan müstəntiqlər hadisəni yoxsullar üçün nəzərdə tutulmuş yardımın “həyasızlıqla oğurlanması” kimi qiymətləndiriblər.

Xəbər verilir ki, bu fırıldaqda Rusiyanın Nyu York konsulluğunda və BMT-nin Rusiya missiyasında çalışan diplomatlar iştirak ediblər.

Birləşmiş Ştatların Manhettendəkı prokuroru Preet Bharara fırıldağı “ev sahibinin cibinə girmək” adlandırıb.

O deyib ki, Rusiyanın keşmiş və indiki 49 diplomatına qarşı 1, 5 milyon dollar dəyərində fırıldaqla bağlı cinayət işi qaldırılıb.

İSTİNTAQ DİPLOMATİK İMMUNİTETLƏ ÜZLƏŞİR

Prokurorluq bildirib ki, dələduzluq yolu ilə müavinət aldıqları iddia olunan 11 diplomat hələ də ABŞ-da, vəzifə başındadır.

Qəzet xəbər verir ki, cənab Bhararanın brifinqindən sonra, adətən olduğu kimi ittiham edilənlər məhkəmədə görünməyiblər, çünki diplomatik toxunulmazlığa malikdirlər. Prokurorluğun nümayəndəsi bəyan edib ki, Dövlət Departamenti cinayət araşdırmasının davam etdirilməsi üçün Moskvadan bu diplomatların toxunulmazlıqdan məhrum edilmələrini istəyəcək.

Cənab Bharar-ın fikrincə, indiki halda bu, sözügedən diplomatların ABŞ-dan deportasiyası ilə nəticələnəcək.

FIRILDAQ İTTİHAMLARI ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ TƏSİRİ ETMƏYƏCK

Rusiya Xarici İşlər Nazirliyi ittihamlarla əlaqədar heç bir şərh verməyib, lakin nazir müavini Sergei Ryabkov iddialardan təəccübləndiyini bildirib. Cənab Ryabkov həmçinin gileylənib ki, bu sayaq ittihamlar diplomatik kanallarla yoxlanmadan ictimailəşdirilməməliydi.

“Bizim də Moskvadakı Amerika diplomatlarına qarşı iddialarımız var, - deyib Ryabkov, - lakin biz onları açıb-ağartmırıq”.

Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib ki, hazırda irəli sürülən ittihamlar nəzərdən keçirlir, lakin nəticə barədə indidən nəsə demək mümkün deyildir. Bununla belə, xanım Harf əlavə edib ki, bu hadisənin 2 ölkə arasındakı münasibətlərə təsiri olmayacaq.

60 MİN DOLLARLIQ UŞAQ

“The New York Times” yazır ki, 2004-2013-cü illər arasında Nyu Yorkdakı Rusiya diplomatlarının ailəsində 63 uşaq doğulub və onların 58-i üçün Mediacare tərəfindən müavinətlər verilib.

Amerika qanunlarına görə doğulan uşaq üçün müavinət verilməsi valideynlərin gəlirlərindən asılıdır.

Federal Təhqiqatlar Bürosunun Nyu York bölməsinin rəhbəri George Venizelos bildirib ki, Rusiya diplomatlarının gəlirləri barədə saxta məlumatları məhz Rusiya konsulluğu verib.
Məsələn, Rusiyanın BMT-dəki missiyasının ikinci katibi Mikhail Kuleshov və onun xanımı Anna Kuleshova ABŞ-da doğulmuiş uşaqları üçün 60 min dollar müavinət alıblar.Ər-arvadın təqdim etdikləri ərizədə isə onların heç bir maaş almadıqları bildirilir.

Qəzet yazır ki, ABŞ dövlətindən fırıldaqla müavinət alan Rusiya diplomatları və onların arvadları yardım aldıqları müddətdə bahalı əşyalara, xarici gəzintilərə və zinət əşyalarına yüz minlərlə dollar pul xərcləyiblər.

Rusiyanın BMT-dəki missiyası bildirib ki, iddialar araşdırlır.

Səhifəyə hazırladı: Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

XS
SM
MD
LG