Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:25

Ağzı, qolları, ayaqları iflic olsa da, roman yazır - Video


-
Yazılması müşkül əsərlər

əvvəli

Ədəbiyyat tarixində bir çox yazıçılar xəstəliyə boyun əyməyib ortaya şedevrlər qoya biliblər.


Amma tanınmış fransız jurnalisti, yazıçısı və məşhur ELLE moda dərgisinin redaktoru Jean-Dominique Bauby-nin (Jan Dominik Bobi) başına gələnlər, doğrudan da, müstəsna hal sayıla bilər.

Onun beyninə qan sızanda 43 yaşı vardı. 3 həftə sonra xəstəxanada özünə gələndə yazarın bütün bədəni iflic olmuşdu. Yalnız sol gözünü qırpa bilirdi. (ardı aşağıda).

Yazıçı haqda sənədli film

Bauby-nin beyni normal işləsə də, özü haldan düşmüş, 27 kiloqram çəki itirmişdi, ağzı, qolları və ayaqları hərəkətsiz idi.

Bir sözlə bədəni yazar üçün həbsxanaya çevrilir. Amma o yazmağa davam etməyə qərar verir.

Beyninin və bir gözünün gücünə "Skafandr və kəpənək" adlı roman yazmağa başlayır. İflic olmuş adamın xatirələri şəklində.

Bauby hər gecə abzas-abzas beynində yazdıqlarını elə beynində də redaktə edib "yaddaşa verir".

Əsəri yazıya köçürən şəxs əlifbanı yazıçının gözü önündə tutar, ordakı hərfləri bir-bir göstərər və lazım olan hərfə çatanda Bauby gözünü qırpardı.

Hər bir sözün hər bir hərfi beləcə yazıya köçərdi, bir sözün kağıza köçürülməsi isə 2 dəqiqə çəkərdi.

Nəhayət, bir ilə kitab tam hazır olur. Bauby-nin təsirli təhkiyəsi duzlu zarafatlardan da xali deyildi.

Roman tənqidçilərdən yüksək qiymət alır.

Hərçənd bəzi dostları ondan incik düşür. Xüsusən də rəfiqəsi Florence Ben Sadoun. O iddia edir ki, xəstəxanada yatan Bauby-yə heç də gec-gec baş çəkməyib.

Kitab Avropada bestsellerə çevrilir. Amma bu baş verəndə Bauby artıq sətəlcəmdən ölmüşdü - beyninə qan sızandan cəmi 2 il sonra. O yalnız əsərin fransızca nəşrini görür. İngiliscə çap ediləndən sonrasa kitab daha da çox satılır.

Hətta əsər əsasında film də çəkilir.

Film çoxlu mükafatlara layiq görülür, o cümlədən Kann Festivalında bir nominasiyada (ən yaxşı rejissor işinə görə), Golden Globe-un iki nominasiyasında və "Oscar"ın 4 nominasiyasında qalib olur.

(ardı var)

Filmin treyleri

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG