Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13
-
Tanınmış italyan bəstəkar, dirijor, dünyaca məşhur film müsiqilərinin müəllifi Ennio Morricone Bakıya qastrol səfərinə gələcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bildirir ki, dünya şöhrətli sənətçi gələn il yanvarın 25-də Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək.

E. Morricone Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinə və Dövlət Xor Kapellasına dirijorluq edəcək. Bəstəkarın ən yaxşı əsərləri ifa olunacaq.

Konsert Morricone-nin 85 illik yubileyinə həsr olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG