Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:16

Dünyanın ən uzun dastanı UNESCO-nun siyahısına salındı


Qırğızıstan - Manas-Ordo abidəsi
Qırğızıstan - Manas-Ordo abidəsi
-
UNESCO qırğızların «Manas» dastanını «bəşəriyyətin qeyri-maddi mədəni irs» siyahısına daxil edib.

Xəbəri Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb.

Maraqlıdır ki, qərar UNESCO-nun dekabrın 4-də Bakıda keçirilən 8-ci dövlətlərarası iclasında qəbul olunub.

«Manas» dastanı 3 bölümdən ibarətdir. Dastan pəhləvan Manasın, onun oğlunun və nəvəsinin şücaətlərindən danışır.

Dastanda pəhləvan Manas qırğızların bir-birindən aralanmış tayfalarını bir millət altında birləşdirir.

Dastanın yaranma tarixi dəqiq bilinmir. Amma bəzi mülahizələrə görə, dastanın tarixi 840-cı ildən əvvəllərə gedib çıxır.

Bəzi alimlər dastanın əsasında real qəhrəmanların dayandığını söyləyirlər.

XV-XVIII əsrlərdə formalaşma dövrü yaşayan dastan XIX-XX əsrlərin iki qırğız nağılçısının—Saqımbay Orozbakovun (1867-1930) və Sayakbay Karalayevin (1894-1971) dilindən qələmə alınıb.

«Manas» ən uzun dastan kimi Ginnesin Rekordlar Kitabına da düşüb.
Məsələ burasındadır ki, trilogiya 500 min sətirdən ibarətdir!

2014-cü ilin yazında Parisdə--UNESCO-nun mənzil-qərargahında dastana həsr olunmuş təntənəli tədbir keçiriləcək.

2013-cü ildə UNESCO-nun bu siyahısına 30 obyekt salınıb. Onların arasında monqol kalliqrafiyası və ənənəvi türk qəhvəsinin hazırlanma metodu da var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG