Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:40

Georq Hazainin şəxsi kolleksiyasının kataloqu nəşr edilib


Georq Hazai
Georq Hazai
-
Görkəmli türkoloq Georq Hazainin Mərkəzi Elmi Kitabxanada (MEK ) saxlanılan şəxsi kolleksiyasının çap kataloqu AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr edilib.

MEK-nın yaydığı xəbərə görə, kitab 2013-cü ildə "Elm" nəşriyyatında çap olunub.

Tanınmış türkoloqun Azərbaycanla əlaqələri 1950-ci illərdən başlayıb. Onun bir sıra məqalələri 1975-ci ildən “Sovetskaya türkologiya” jurnalında dərc edilib.

2007-ci ildə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Georq Hazainin əsərlərinin biblioqrafıyası Bakıda nəşr olunub.

Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən görkəmli alim öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünü-- təxminən 1000 adda kitab və jurnal, 600-ә yaxın elmi məqalə, həmçinin bir sıra şəxsi arxiv materiallarını AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib.

Bağışlanan kitablar Macarıstan, Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Bolqarıstan və digər ölkələrdə 1960-1990- cı illərdə macar, rus, türk, ingilis, fransız və alman dillərində çap olunan elmi əsərlərdir.

Onların sırasına lüğət, soraq kitabçaları, ensiklopediyalar, bir sıra qədim dil abidələrinin elmi- tənqidi mətnləri daxildir.

Georq Hazainin çap kataloqunun hazırlanmasında əsas məqsəd dünya miqyaslı türkoloq-alimin zəngin kolleksiyasını açıqlamaq, təbliğ etməkdir.

Kitabın elmi redaktoru MEK-nın direktoru Aybəniz Əliyeva-Kəngərli, redaktorları MEK-nın direktor müavini F. Hüseynova, Qərb Ədəbiyyatı şöbəsinin müdiri F. Süleymanova və kitabxananın əməkdaşı G.Qəniyevadır.

Georq Hazainin şəxsi kitabxanası AMEA Mərkəzi Elmi Kitabxanasının Şərq Ədəbiyyatı Fondunda mühafızə olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG