Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:55

Transanadolu Qaz Kəməri ƏDV-dən azad olunur


-
Türkiyə hökuməti boru kəmərləri vasitəsilə neft və qaz nəql edənləri Əlavə Dəyər Vergisindən (ƏDV) azad etmək məsələsinə baxır.

Bu haqda Türkiyənin «Sabah» qəzeti yazır.

«Təklif qəbul edilsə, Transanadolu Qaz Kəməri (TANAP) də ƏDV-dən azad ediləcək», - deyə qəzet yazır.

Bundan başqa, boru kəmərləri üçün tikinti materialları alan neft şirkətləri də ƏDV-dən azad olunacaq:

«Bu tədbirlər enerji sektoruna investisiyaları artıracaq, tədiyyə balansının cari əməliyyatlar balansında kəsiri azaldacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG