Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Uşaq bağçasının açılışı niyə ləngiyir?


Foto: Arxiv
Foto: Arxiv
-
«Bağçanın təmirini çoxdan başa çatdırıblar, ancaq istifadəyə vermirlər. Niyə? Səbəbini bilmirik».

Söhbət Babək prospekti, 78 ünvanında yerləşən 316 saylı körpələr evi və uşaq bağçasından gedir. Valideyn Naibə Hüseynova «Qaynar xətt»ə şikayət edir ki, bağça çoxdandır təmirə bağlanmışdı, artıq təmir işləri də bir neçə aydır başa çatıb. Ancaq müdiriyyət hələ də uşaqları sevindirmək fikrində deyil:

«İki nəvəm həmin bağçaya gedir. Dəfələrlə bağça işçilərinin yanına getmişik ki, təmirdən çıxmış bağçanın qapısı niyə qıfıllı qalıb? Gah deyirlər, təzə müdir təyin olunmalıdır, yerli icra hakimiyyəti vəzifəni «hərrac»a çıxarıb, hələ «müştəri» tapmayıb. Gah deyirlər, təzə avadanlıq alınmalıdır. Bir sözlə, hər dəfə bir bəhanə...».

Uşaq bağçasının müdir əvəzi Könül Mustafayeva isə bildirib ki, bağça istifadəyə tam hazırdır. Ancaq yeni müdirəyə təhvil-təslim olunmayıb. Bundan başqa, əsaslı təmirdən çıxmış bağçanın açılışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak etməlidir. Bağçanın istifadəyə verilməsinin ləngiməsi bununla bağlıdır.
XS
SM
MD
LG