Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

ATƏT-in Nazirlər Şurası Kiyevdə görüşür (VİDEO)


-
Dekabrın 5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası başlayb. 2 gün davam edəcək görüşdə 57 üzv ölkənin xarici işlər nazirləri və nazir müavinləri, eləcə də tərəfdaş ölkələrin nümayəndə heyətləri toplanıb. Azərbaycanı bu görüşdə Elmar Məmmədyarov təmsil edir.

Görüşün keçirildiyi Beynəlxalq Sərgi Mərkəzinin qarşısında əllərində “Jurnalistləri döyməyi dayandırın”, “Diktaturanı dayandırın”, “Günahsız həbs olunanları azad edin!” və digər siyasi şüarlar yazılmış plakatlar gənclər səssiz piket keçirib.

ATƏT-in Nazirlər Şurasının ailə fotosunu çəkdirdikdən sonra görüş rəsmi açıq elan edilib. Görüşdə əsas insan haqları və azadlıqların qorunması, jurnalistlərin hüquqlarının müdafiəsi, “Helsinki+40” təşəbbüsünün perspektivləri, həlli yubanan münaqişələrin nizamlanması, eləcə də silahlanma üzərində nəzarət, insan alveri ilə mübarizədə beynəlxalq səylərin gücləndirilməsi, enerji ishetsalının ətraf mühitə neqativ təsiri və digər məsələlər müzakirə olunacaq.

Görüşdə Ukraynanın baş naziri Nikolay Azarov ölkəsində baş verən hadisələrdən danışıb. Bildirib ki, Ukrayna xalqı 3 il öl Viktor Yanukovich demokratik yolla prezident seçib. Bu seçkiləri ATƏT-in müşahidəçiləri də yaxşı qiymətləndirib. Baş nazir ötən 3 ildə ölkə iqtisadiyyatının inkişaf etdiyini, bir çox problemlərinin həllini tapdığını vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojarasa münaqişələrin həlli məsələsini özəlliklə vurğulayıb. O, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıb və ATƏT-in Minsk Qrupuna hər cür dəstək verdiyini bildirib.

E.Məmmədyarov çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, Ermənistan Qarabağın yeddi işğal olunmuş rayondan qoşunlarını çıxarmalıdır. Ermənistan və Azərbaycan icmaları bir-birinə yaxınlaşmalıdır, sərhədlər açılmalıdır. E.Məmmədyarov ATƏT/DTİHB-nun seçkilərlə bağlı bəyanatına da fikir bildirib:

"Çox təəssüf ki, texniki mandatı olan bir qurum sədrliklə və baş katibliklə məsləhətləşmədən ümumi təşkilatın adından siyasi bəyanat verir".

Rusiyanın Xarici İşlər naziri Sergey Lovrov Minsk qrupunun digər həmsədr ölkələri ilə yanaşı Rusiyanın da Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışdıqlarını söyləyib. Bildirib ki, münaqişənin üç həmsədr ölkənin prezidentlərinin tərəfdar olduqları prinsiplərin əsasında həllinin tərəfdarıdır.

Bundan öncə dekabrın 4-də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub.

Tərəflər 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər. Nazirlər qeyd ediblər ki, bölgə əhalisi həlli çox uzanan münaqişənin həllində tərəqqi gözləyir və buna layiqdir. Nazirlər həmsədr ölkələrin vasitəçilik roluna yüksək qiymət veriblər.

Hazırda ATƏT-ə Ukrayna sədrlik edir. 2014-cü ilin yanvarın 1-dən ATƏT-də sədrlik İsveçrəyə keçəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG