Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:43

«Azadlıq» qəzetinin əməkdaşı məhkəməyə müraciət edəcək


-
“Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov Bakı şəhər baş polis idarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovun hərəkətindən məhkəməyə müraciət edəcək.

Bu haqda AzadlıqRadiosuna N. Ədilov məlumat verib.

Dekabrın 4-də N. Ədilov Bakı şəhər baş polis idarəsinə çağırılıb.

Jurnalist yazılarında və sosial şəbəkələrdə paylaşdığı materialda əxlaqdan kənara çıxmaqda, dövləti aşağılamaqda ittiham olunub.

Rəsmi xəbərdarlıq olunsa da N.Ədilov xəbərdarlığı imzalamayıb. Jurnalist bunu ona qarşı təzyiq və hədə-qorxu kimi qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG