Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Kiyevdə Azərbaycan və Ermənistan Xarici İşlər Naziri birgə bəyanatla çıxış edib


Dekabrın 5-də ATƏT-in Nazirlər Şurasının Kiyevdə keçirilən görüşündə ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə (Rusiyanın xarici işlər naziri Sergei Lavrov, Fransanın Avropa işləri üzrə naziri Thierry Repentin, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Victoria Nuland) Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri birgə bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə yönəlmiş birgə işi indiyədək əldə olunmuş razılıqlar əsasında davam etdirməklə bağlı razılığa gəliblər.

Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində təmasların bərpasını alqışlayıblar. Qarşıdakı görüşlərin sülh prosesinin irəliyə aparılmasına yardım edəcəyinə ümid etdiklərini bildiriblər.

Tərəfləri bölgədə gərginliyi azaldacaq tədbirlərin görülməsi məsələsini nəzərdən keçirməyə çağırıblar.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yüksək səviyyəli sonrakı danışıqlara hazırlıq görmək üçün 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG