Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:42

Azərbaycanın Müdafiə Naziri Eric Rubini qəbul edib


Dekabrın 5-də Müdafiə Naziri Zakir Həsənov ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Eric Rubini qəbul edib.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Z. Həsənov deyib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir. Bunun nəticəsində sülh prosesi yubanır. Danışıqların qəsdən uzadılması regiondakı şəraitə mənfi təsir göstərir.

Müdafiə naziri bildirib ki, ABŞ-Azərbaycan əlaqələri müxtəlif sahələr üzrə səmərəli davam edir.

Z.Həsənov ikitərəfli hərbi əməkdaşlıq istiqamətində uğurların olduğunu, bundan sonrakı fəaliyyətlərin inkişaf perspektivlərini də qeyd edib.

Bölgədəki vəziyyətə münasibətini bildirən Eric Rubin regionda sülhün bərqərar olması üçün ABŞ-ın apardığı səylərə və əlaqələrin genişlənməsi təşəbbüslərinə toxunub.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Richard Morningstar da iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG