Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:07

Ermənistan və Türkiyənin 2 vətəndaşı əlsıxma rekordu qazanmaq istəyir


Qarsda türk-erməni dostluğu abidəsi
Qarsda türk-erməni dostluğu abidəsi
-
Ermənistan və Türkiyədən olan iki nəfər uzun müddətə əlsıxma rekordunu təzələmək istəyir.

Əlsıxma dekabrın 6-da Tbilisidə gerçəkləşəcək. Məqsəd – sərhədləri bağlı ölkələrin də insanların dialoq və ünsiyyətinə açıq olduğunu dünyaya göstərməkdir.

Xəbəri TANGO QHT şəbəkəsi yayıb.

TANGO Türkiyə və Ermənistan qeyri-hökumət təşkilatlarını bir araya gətirən qurumdur.

Əlsıxma olayı erməni və türk sənətçi və iş adamlarının təşəbbüsündən qaynaqlanır. Tbilisidə gerçəkləşəcək görüş haradasa son vaxtlaradək Qarsda mövcud olmuş abidəyə bənzəyəcək. Həmin abidədə iki şəxsin əl verib görüşməsi təsvir olunurdu. Sonradan mübahisə doğuran bu abidə hakimiyyət orqanlarının qərarıyla uçurulmuşdu.

Görüşə Gürcüstanın seçilməsi də təsadüfi deyil. İndi bu ölkə Ermənistan və Türkiyəni birləşdirən nöqtə kimi önəm daşıyır.

Türkiyə Azərbaycanla həmrəylik məqsədilə 1993-cü ildə Dağlıq Qarabağ işğal ediləndən sonra Ermənistanla sərhədi bağlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG