Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Suriyada cihada gedən Orta Asiyalılar


Suriyada Orta Asiyalı cihadçılar
Suriyada Orta Asiyalı cihadçılar
-
İTMİŞ UŞAQLARIN SƏSİ SURİYADAN GƏLİR

Mekhribbon oğlu ilə ötən yay son telefon danışığından sonra ana iztirabları keçirir.
O oğlunu 2011-ci ildən bu yana görməyib. O vaxt onun oğlu, Qırğızıstanın cənubundakı özbək kəndi Suzakdan olan 5 dostu ilə birlikdə Moskva yaxınlığına pul qazanmaq üçün getmişdilər.

Lakin oğlunun son zəngindən sonra Mekhribbon başa düşüb ki, o və dostları Rusiyanı tərk edərək əl-Qaedaya qoşulublar və prezident Bashar al-Assad-ın rejiminə qarşı vuruşmaq üçün Suriyaya gediblər:

“Gedəndən bir ay sonra mənə pul göndərdi və yoxa çıxdı. Son dəfə beş ay bundan əvvəl zəng edib. Çox uzun bir nömrə idi. Bu nömrəyə təkrar zəng edəndə cavab verən olmadı. Bundan sonra biz polis və təhlükəsdizlik qüvvələrinə kömək üçün müraciət etdik. Biz həmin nömrəni polisə verdik. Son dəfə zəng edəndə oğlum demişdi ki,qayıdacaq."

Suriyadakı övladlarından telefon zəngləri almış başqa valideynlər də Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinə müraciət ediblər. Onlar övladlarının indi harada olmasını bilmirlər, lakin narahatdırlar ki, bəlkə də onların övladları öldürülüblər. Onlar övladlarını Mərkəzi Asiyadakı kiçicik kənddən Suriyanın vətəndaş müharibəsinə aparımış cığırı tapmağa çalışırlıar.

MÜHARİBƏYƏ NECƏ GEDİRLƏR?

Qırğızıstanın hakimiyyət orqanları AzadlıqRadiosuna bildiriblər ki, təhqiqat sözügedən 6 nəfərin onlar Moskvaya gəldikdən sonra oradakı rusdilli sələfi cihadçıları tərəfindən səfərbər edilərək Türkiyəyə, oradansa Suriyaya göndərildiyini göstərir.

Lakin Ruisiyanın Şimali Qafqaz regionundan olduqları düşünülən səfərbərçilər əl-Qaedanın, təkcə Mərkəzi Asiyadan deyil, bütün dünyadan Suriyaya döyüşçü cəlb edən beynəlxalq şəbəkəsinin yalnız bir qoludur.


SURİYAYA KİMLƏR APARIR?

Rand Corporation şirkətinin baş məsləhətçisi Michael Jenkins noyabr ayında ABŞ Konqresi qarşısında ifadə verərkən demişdi ki, hazırda Suriyada döyüşən 6000-dən 8000-dək əcnəbi qiyamçı var.

Jenkins deyir ki, onların əksəriyyəti qonşu Ərəb ölkələrindən gəlib, lakin Şimali Amerika və Avropadan gələnlər də az deyil:

"Onlardan əl-Qaedaya bağlı olanların maliyyəsi Körfəzin sünni monarxiyalarındakı şəxsi ianələrdən gəlir. Donorlar varlı adamlardır”.

Müqayisədə Suriyada Mərkəzi Asiyadan olan qiyamçıların sayı azdır. Lakin 2013-cü il ərzində Mərkəzi Asiya cihadçıları Cəbhət əl-Nusra kimi əl-Qaeda sələfi cihadçı qruplarında getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayıblar.
Onların radikallaşması və Suriyaya səfərbər edilmələrinə aparan yollar mürəkkəb və qaranlıqdır.


ORTA ASİYADADA SƏLƏFİLƏRİ İTTİHAM EDİRLƏR

Qırğızıstan və Qazaxıstanın təhlükəsizlik rəsmiləri bildirirlər ki, bu proses işsizləri və narazıları cəlb edən kiçik və qapalı sələfi qruplarından başlanır.

Rusiya və Mərkəzi Asiyanın hakimiyyət orqanları adətən Hizb-ut-Təhrir və Təbliği Cəmaət kimi üzdə olan sələfi qruplaşmalarını günahlandırırlar. Lakin bu qruplar sünni cihadçılarla heç bir əlaqələri olmadığını rəsmən elan ediblər.

Vaşinqtonda mənzillənmiş Jamestown Foundation fondundan terrorizm üzrə ekspert Jacob Zenn inanmır ki, bu sələfi qruplaşmaların əl-Qaeda ilə birbaşa əlaqələri var:

"Hizb-ut Təhrir özlüyündə zorakı təşkilat deyil. Mən Hizb-ut-Təhririn hansısa zorakı aksiyalarda iştirakını sübut edən dəlillər görmürəm, hərçən hökumətlər onları çox vaxt məhz bu əməllərdə suçlayır”.


"ABŞ SƏLƏFİLƏRLƏ CİHADÇILARI AYRI TUTUR"

Bu məsələ barəsində ABŞ Konqresi qarşısında ifadə vermiş Zenn AzadlıqRadiosuna bildirib ki, sələfiliyin ideoloqları və radikal cihadçılar arasında fərq var. Lakin o, etiraf edir ki, sələfi ideologiyası əl-Qaedaya qoşulanların radikallaşmasında ilk addımdır:

"Cihadçılar arasında yayılmış meyllərdən biri də sələfi ideologiyasına bağlı olanları cəlb etmək və onları inandırmaqdır ki, indi onlar bütün dünyanı bu ideologiyaya gətirməklə məşğul olmalıdırlar. Məhz buna görə də Hizb-ut-Təhrir və ya Təbliği Cəmaət kimi qruplaşmaların sələfi ideologiyasına gətirdikləri adamları cihadçıların səfərbərliyə almaları asanlaşır, çünki onlar son nəticə olan zorakılğa bir addım da yaxınlaşmış olurlar”.

Zenn deyir ki, sələfilər Qırğızıstan kimi yerlərdə kök atmağa başlayıblar. Lakin onun fikrincə, Mərkəzi Asiya cihadçıları adətən, Türkiyəyə, sünni çoxluğa malik Körfəz ölkələrinə, Əfqanıstana, Pakistana və hətta Rusiyaya səfər etdikdıən sonra radikallaşır və cihada cəlb edilirlər.


GƏNCLƏRİ NECƏ İNDANDIRIRLAR?

Cənubi qazaxıstandakı Jetisay vilayətindən olan Orynbasar Kamatayev düşünür ki, oğlu Nurlanın başına buna bənzər bir hadisə gəlib.

Kamatayev keçən oktyabrda, əl-Qaedanın “İraq və Suriyada İslam Dövləti” təşkilatındakı qazax cihadçılarının videosunda öz nəvələrini görəndə şoka düşüb.
Kamatayev deyir ki, onun oğlu bir neçə il bundan əvvəl qətiyyən dindar adam olmayıb.
Lakin Nurlanın işlədiyi tikinti şirkəti müflis olandan sonra o, Qazaxıstanın dövlət dini qurumunun səlahiyyətləri xaricində olan qeydiyyatsız sələfi qruplarından birinə qoşulub:

"Onun davranışı iki, ya üç ayın içində dəyişdi. Səhv etmirəmsə, 2012-ci il idi. O ibadət etməyə başladı. Gecə-gündüz elə hey Quran oxuyardı. Bir gün mən ona dedim ki, belə etməsin. Yəni ibadət etsin, lakin bunu gecə-gündüz fasiləsiz olaraq etməsin. Ona dedim ki, “molla olmaq istəyirsən, yoxsa nədir?” O dedi ki, bəxtsiz adamdır və indi yalnız Allaha inanır və sair və ilaxır. Bu söhbətdən sonra o mənimlə danışmadı və tədricən bizdən qırıldı”.


Kamatayev deyir ki, Nurlan sələfi qruplaşması ona iş tapandan sonra arvad-uşağını da götürərək Yaxın Şərqə yollanıb. Bundan sonra Kamatayevin nəvələri Suriyada çəkilmiş əl-Qaeda videosunda görünüblər.

Videoda görünən onlarca qazax cihadçılarının yaxınları AzadlıqRadiosuna oxşar
hadisələr barədə danışıblar. Qazax səfərbərləri qohumlarına deyiblər ki, onlar işləmək və ya “dini təhsil” almaq üçün Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Qətərə yollanıblar, lakin Qazaxıstanı tərk edəndən sonra daha da radikallaşıblar.


QIRĞIZISTAN, QAZAXISTAN, ÖZBƏKİSTAN...

Özbəkistanın İslam Hərəkatından (ÖİH) olan sələfi cihadçıların Suriyaya yolu fərqli olub.

2011-ci ilədək Ravshan ÖİH döyüşçüsü kimi Əfqanıstanda və Pakistan talibançıları ilə yanaşı Cənubi Vəziristanda cihad müharibəsində iştirak edib.

Lakin Suriyada müharibə başlanandan sonra Ravshan sünni müsəlman olan Pakistan əsgərlərinə qarşı “sələfi cihadından” məyus olub.


MÜSƏLMANA QARŞI CİHAD SƏFƏRBƏRLİYİ?

O AzadlıqRadiosuna bildirib ki, Suriyada ələvilərə və Əsədpərəst İran şiə yaraqlılarına qarşı vuruşmaq daha yaxşıdır, çünki onlar həqiqi İslamdan sapmış “kafir müsəlmanlardır”.

Ravshan həmçinin deyir ki, Türkiyəyə gəldikdən az sonra, tezliklə əl-Qaedanın əl-Nusra təşkilatı tərəfindən səfərbərliyə alınıb.

İyul ayında Hələbin topa tutulması zamanı ayağını itirmiş Ravshan indi Türkiyədədir və onu Suriyaya göndərmiş əl-Qaeda şəbəkəsi ilə əlaqələrini davam etdirir.

ÖİH-in Özbəkistanın Fərqanə vadisindən olan üç keçmiş döyüşçüsü AzadlıqRadiosuna Türkiyəyə getdikdən sonra Əl-Nusra tərəfindən səfərbərliyə alınmaları barədə buna bənzər əhvalatlardan bəhs ediblər.

Onlar deyirlər ki, qrupla ilkin əlaqələri Türkiyənin Hatay vilayətində mənzillənmiş internet əlaqələndiricisi – bir özbək sələfisi vasitəsilə olub. Həmin vasitəçi Avropa, Şimali Amerika, Rusiya və Mərkəzi Asiyadakı potensial döyüşçülərlə İPad vasitəsilə əlaqə qurur.
XS
SM
MD
LG