Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Televiziya tarixində ən biabırçı səhv




-

Teleaparıcı qəzaya uğramış pilotların adlarını canlı efirdə elan edir, amma həmin adların qəribə səslənməsindən şübhələnmir...

Bu il iyulun 6-da San-Fransisko aeroportunda təyyarə qəzası baş verdi.

Enişə cəhd zamanı Boing-777 təyyarəsindəki 300 sərnişindən 3-ü öldü, 180-dən çoxu xəsarət aldı.

Amma Amerikada baş verən bu qəzadan çox onu işıqlandıran yerli televiziyanın səhvi diqqət çəkdi.

Söhbət KTVU-TV-dən gedir.

Qəza haqda xəbərdə Cənubi Koreyanın "Asiana" şirkətinə məxsus həmin təyyarəni idarə edən pilotların adları elan edildi:

Sum Ting Wong (kapitan)

Wi Tu Lo

Ho Lee Fuk

Bang Ding Ow


"Asiana" şirkətinin qəzaya uğrayan təyyarəsi, 6 iyul 2013 (digər fotolar aşağıda)

"Asiana" şirkətinin qəzaya uğrayan təyyarəsi, 6 iyul 2013 (digər fotolar aşağıda)


Bunlar, əlbəttə, Asiya mənşəli adam adlarına çox bənzəyirdi, amma həm də ingiliscə, təyyarə qəzasının "mərhələlərini" ifadə edirdi.

Something wrong (Təyyarəyə nəsə oldu)

We too low (Çox aşağıdan uçuruq)

Holy fuck (Söyüş)


Bang Ding Ow (Təyyarənin yerə çırpılmasını ifadə edən səslər)

KTVU-TV elan etdiyi adların ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının rəsmisi tərəfindən təsdiqləndiyini bildirmişdi...

Həmin rəsmi isə sən demə, orada yay aylarında təcrübə keçən bir praktikant imiş.

O, müxbiri belə dolayıbmış - operativlik məsələsində hamını qabaqlamaq istəyən televiziyanın müxbirini...

Tükü tükdən seçən tamaşaçılar bu səhv haqda dərhal sosial şəbəkələrdə yazandan sonra televiziya hamıdan üzr istəmişdi.

Amma üstündən aylar keçməsinə baxmayaraq hələ də biabrıçı səhvlə bağlı videonun Youtube-dan yığışdırılmasına nail ola bilməyib.

Televiziya bu paylaşımı irqi zəmində zarafat sayır və onun asiyalı tamaşaçılarını aşağıladığını deyir...

Əgər, sizcə, televiziya tarixində bundan da biabırçı səhv olubsa, onda aşağıdakı Şərhlər bölümündə yazın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG