Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:37

ATƏT PA rəsmisi Azərbaycan rəhbərliyinin tərifini anlaşılmazlıq adlandırır


İlham Əliyev prezident seçkilərində səs verir
İlham Əliyev prezident seçkilərində səs verir

ATƏT-in Parlament Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Makis Voridis AzadlıqRadiosuna eksklüziv müsahibəsində deyir ki, Azərbaycanda prezident seçkilərinə dair hesabatla razıyıq.

ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Makis Voridis AzadlıqRadiosuna eksklüziv müsahibə verib. Bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 2013-cü il prezident seçkilərinin nəticələrinə dair ilkin hesabatı demokratik prinsiplər nəzərə alınmaqla hazırlayıb:

“Bu sənədin hazırlanmasında hansısa maraqlardan və ya qeyri-obyektivlikdən söhbət gedə bilməz”.


MİCHEL VOİSİN YALNIŞ ANLAŞILIB

Makis Voridis Bakıda keçirilən mətbuat konfransından sonra ATƏT PA-nın deputatının söylədiyi fikirlərə də aydınlıq gətirib bildirib ki, Michel Voisin mətbuat konfransının sonunda hakimiyyəti təriflədiyi kimi təqdim edilən fikirlər yanlış anlaşılıb:


“ATƏT PA və ATƏT/DTİHB 2013-cü il prezident seçkilərinin nəticəsinə dair hesabatı birgə hazırlayıb. Digər ölkələrdə bu iki fərqli struktur adətən ayrı-ayrı hesabat hazırlayır. Amma Azərbaycanda birgə hazırlandı. Bakıdakı mətbuat konfransından sonra Michel Voisin söylədikləri yalnış təqdim olunub. Çünki Michel Voisin bu sənədin ancaq bir hissəsini səsləndirdi. Onun səsləndirmiş olduğu hissə ATƏT PA-nın və ATƏT DTİHB-nun birgə hazırladığı sənəd idi. Bu halda - ATƏT-in iki strukturunun birgə hazırladığı sənəddə fərqli fikirlərdən söhbət gedə bilməz”.


SİYASƏTÇİ KİMİNSƏ MARAQLARINA XİDMƏT EDİRSƏ...

Makis Voridis avropalı, eləcə də yerli ekspertlərin Azərbaycan hakimiyyətinin ATƏT PA-nın bəzi nümayəndələrini himayə etməsi haqda fikrilərə də münasibət bildirib. Onun sözlərinə görə, siyasətdə və siyasətçilərin kiminsə marağına xidmət etməsi aydın olur:

“Mən belə bir hal görməməmişəm. Bu haqda heç nə deyə bilmərəm. Amma mənim baxışlarıma görə, siyasətdə və siyasətçilər arasında hər zaman maraqlar olub. Belə maraqlar seçkilərdə də, biznesdə də ola bilər. Siyasətdə maraqların üstünlük təşkil etdiyi sirr deyil. Amma siyasətçilərin maraqlarını, hansısa tərəfin xeyrinə və ya ziyanına çalışdığını ayrıd etmək mümkündür. Siyasətçilərin özlərini belə ittihamlardan qorumaq üçün yaxşı, əsaslanandırılmış mövqeləri olmalıdır. Bu baxımdan ATƏT-in DTİHİ-nin hazırladığı ilkin hesabat çox yaxşı sənəddir. Demokratik prinsiplər nəzərə alınıb. Bu sənədə başqa fikirlərin, başqa amillərin təsir göstəridiyini demək mümkün deyil”.

MÜNAQİŞƏNİN HƏLLİNİN XALQA FAYDALI OLDUĞUNA XALQI İNANDIRMAQ LAZIMDIR

Dekabrın 5-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Kiyevədə görüşür. Amma bu görüşün, bundan öncəki görüşlər kimi real nəticəsi olmayacağını düşünənlər var. Makis Voridisin fikrincə real nəticənin əldə olunması tərəflərin göstərəcəyi iradədən aslıdır:

“Konfliktlərin həllində beynəlxalq təşkilatların rolu mühümdür. Amma burada əsas öhdəlik tərəflərin iradəsindən asıldır. ATƏT bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Dağlıq-Qarabağ münaqişəsinin mərhəlli, addım-addım həlli daha real görünür. Düşünürəm ki, tərəflər ilk öncə bu münaqişənin həllinin xalqa faydalı olduğuna onları inandırmalıdırlar. İnsanları inandırmalıdırlar ki, onların yaşayış şəraiti, sosial və iqtisadi inkişafları bu münaqişənin həllindən asılıdır. Məhz bu siyasi iradənin formlaşmasına, münaqişənin həllinə gətirib çıxara bilər. Bu baş verməsə proses ləngiyə bilər. Bu da sonda beynəlxalq təşkilatların təzyiqlərinə səbəb ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG