Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Gənc fəallar Azərbaycan hökumətindən 38 min avro təzminat tələb edir


Türkel Əlisoy

Türkel Əlisoy

AXCP Gənclər Komitəsinin üzvü Türkel Əlisoy və gənc fəal Əli Səfərlinin işindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunub.

Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.Onun sözlərinə görə, Avropa Məhkəməsinə göndərilən şikayətdə gənclərin sərbəst toplaşmaq, ifadə azadlığı, ədalətli məhkəmə hüquqlarının pozulduğu, işgəncə və siyasi ayrı-seçkiliyə məruz qalmalarının tanınması və dəymiş mənəvi ziyana görə Azərbaycan dövlətinin onların hər birinə 19 min avro təzminat ödəməsi tələb olunur.

Türkel Əlisoy və Əli Səfərli Milli Şuranın oktyabrın 12-də Bakıda keçirdiyi mitinqdən sonra saxlanılıblar.Yasamal Rayon Məhkəməsi onları xuliqanlıqda təqsirli bilərək hər birinə 15 sutka inzibati həbs cəzası verib. Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG