Ötən gün saat 19:00 radələrindən başlayaraq əsən güclü külək Göyçay rayonunda ciddi fəsadlara səbəb olub. Axşam saatlarında şiddətlənən külək 10 saatdan çox davam edib. Şəhər mərkəzində, eləcə də bütün kəndlərdə elektrik enerjisinin verilməsinə fasilələr yaranıb.