Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Yol polisi cərimələri vaxtında ödəməyənlərə xəbərdarlıq edir


-
«Cərimələrini vaxtında ödəməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq əlavə cəza tədbirləri görüləcək».

Trend-in məlumatına görə, belə bir xəbərdarlıqla Dövlət Yol Polisi çıxış edib. Xəbərdarlıqda barələrində inzibati protokol tərtib edilmiş sürücü, sərnişin və piyadalara cərimələri vaxtında ödəmələri tövsiyə edilir.

Sürücülər cəriməni 30 gün ərzində ödənməzsə, həmin cərimə məbləğinin üstünə hər gün cərimənin 2%-i qədər dəbbə pulu gəlir. Dəbbə pulu 3 aydan artıq olmamaq şərtilə gəlir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay ərzində cərimə qanunla təyin edilmiş əsaslar olmadan ödənilmədikdə 2 aydan sonra inzibati xətanı törədərkən istifadə olunan nəqliyyat vasitəsinin saxlanması barədə qərar qəbul edilir.

Sərnişin və piyadalarla bağlı prosedur da eyni qaydada aparılır. Sadəcə nəqliyyat vasitəsindən istifadə etmədiyinə görə, piyadanın və ya sərnişinin də barəsində inzibati protokol tərtib edilibsə, ona da 3 gün müddətində güzəşt imkanı verilir. Sonra 30 gün ərzində ödəməsə, 3 ay müddətində həmin şəxsə dəbbə pulu hesablanır. Əgər 3 aydan sonra da cərimə məbləğini və dəbbə pulunu ödəməsə, məsələ icbari icraya yönəldilir, yəni qaydanı pozmuş şəxs məhkəməyə verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG