Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:10

Facebook-da 5 tələbli aksiya elanı


-
Facebook-da qiymət artımına etirazla bağlı bir qrup gənc dekabrın 8-də Bakıda aksiya keçirəcəyini bəyan edir.

Aksiya keçirmək istəyənlər beş tələblə çıxış edirlər.

1. Yanacağın qiyməti təcili endirilsin!
2. Qərarverici və icraedici qurumlara vətəndaş nəzarətinin həyata keçirilmə mexanizmi formalaşdırılsın!
3. Avrointeqrasiya istiqamətində cəsarətli addımlar atılsın!
4. Xaricdə yaşayan azərbaycanlılara qarşı olan irqçiliyə son verilməsi üçün addımlar atılsın!
5. Ölkədə demokratik islahatlar həyata keçirilsin!

Bəyanatda deyilir ki, aksiya dinc xarakter daşıyır, heç bir qurum tərəfindən təşkil olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG