Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:28
-
Dekabrın 4-də Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilova xəbərdarlıq edib.

Bu barədə Natiq Ədilov facebook profilində məlumat yayıb. O, xəbərdarlıq məktubunu da dərc edib.

Həmin məktubda deyilir:

«Bakı şəhər Prokurorluğunda aparılan araşdırma ilə müəyyən edilib ki, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov sosial şəbəkələrdə və KİV-də ölkəmizin dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, dövlətimizin iqtisadi qüdrətinin gücləndirilməsinə xidmət edən, iqtisadi islahatların mahiyyətini və əsil gerçəkliyini əks etdirməyən əxlaqa və etikaya sığmayan fikirlər səsləndirmiş və görüntülər yerləşdirilmişdir».

Prokurorluq KİV haqqında qanunun 10-cu maddəsinə istinad edərək bu kimi məlumatların yayılmasının yolverilməz olduğunu bildirir:

«Gələcəkdə KİV-də və sosial şəbəkələrdə bu xarakterli görüntü və yazıların yazılmasını davam etdirəcəyiniz halda barənizdə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək».

Natiq Ədilov bu xəbərdarlığı özünə qarşı təzyiq sayır:

«Şəhər polisində yarım saatlıq söhbətimiz oldu. Şəhər polisinin rəisi Rafiq Abbasov və şəhər prokurorluğunun nümayəndəsi Əziz Seyidovla görüşdük. Mənə xəbərdarlıq elan elədilər. Amma konkret nəyə xəbərdarlıq olduğunu demədilər. Ümumi yazdıqlarımdan danışıldı. Bunu əsassız sayıb imzalamadım. Bu hadisəni özümə qarşı təzyiq kimi qiymətləndirirəm».

Hüquqşünas Namizəd Səfərov facebook profilində bu xəbərdarlığı dünyada analoqu olmayan bir sənəd adlandırır:

«Mən çox təəssüf edirəm və hətta inanmaq istəmirəm ki, bu sənədin altında hörmət etdiyim hüquqşünas Əziz Seyidovun imzası var. Doğrudanmı, bu rejim Bakı şəhər prokurorunu bu sənədin altına imza qoyacaq günə vadar edib».

Günün bütün mövzuları

XS
SM
MD
LG