Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstana yardım etməyə hazırdır


-
«Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazır və qadirdir».

Bunu dekabrın 4-də Brüsseldə Əfqanıstanda beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə töhfə verən dövlətlərin xarici işlər nazirlərinin toplantısında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Bu barədə xarici işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nazir Azərbaycanın Əfqanıstanla münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd edib. O, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulayıb.

Görüşdə 2014-cü ildə başa çatacaq beynəlxalq təhlükəsizliyə yardım missiyasından sonra NATO-ya üzv və tərəfdaş ölkələrinin Əfqanıstandakı yeni missiyası ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG