Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:24
-
Dekabrın 4-də Nəsimi rayon Məhkəməsində hüquqşünas Qurban Məmmədovun işi ilə bağlı proses davam edib.

Proses başlayan kimi Qurban Məmmədov özü özünün hökmümü verdiyini bildirib:

«Mən artıq özüm öz hökmümü vermişəm. Budur yazmışam, əlimdədir. Mənim hökmümə görə mənə bəraət düşür».

Daha sonra vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər. Onlar cinayət işində bəzi məsələlərin tədqiqinə ehtiyac olduğunu bildiriblər. Hakim vəsatəti qəbul etməyib.

Proses vəkillərin çıxışları ilə davam edib. Müdafiəçilər çıxışlarında zərərçəkən qismində çıxış edən Pərviz Abbasovun anasının Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsində xadimə işləməsini, iş üzrə şahid qismində cəlb olunan şəxslərin, demək olar ki, hamısının həmin polis bölməsinin apardığı işlərdə «ştatlı şahid»lər olduğunu, yəni istintaq aparan qurumla əlbir olduqlarını deyiblər.

Vəkillər, həmçinin, ekspert rəylərinin, istintaq materiallarının, həm də şahid ifadələrinin qurama olduğunu deyiblər. Bu məsələnin ictimai-siyasi fəal Qurban Məmmədovu şərləyib həbs etmək məqsədi güdüyünü vurğulayıblar.

Proses davam edir.

Qurban Məmmədov iyunun 4-də həbs olunub. O, yol hərəkəti qaydalarını pozmaqda ittiham olunur. Hüquqşünas ittiham rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG