Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18
-
Almaniyada yazıçı Timur Vermes-in «Er ist wieder dа» ( “O, qayıtdı”, Look Who's Back) romanı ekranlaşdırılır.

The Hollywood Reporter-in verdiyi xəbərə görə, komik, həm də fantastik romanın film ssenarisini yazıçı özü yazır.

Filmin prodüserləri Christoph Muller, Lars Dittrich, Martin Moszkowicz və Oliver Berben-dir.

Berliner Mythos Film və Constantin Film-in çəkdiyi ekran əsərinin Almaniyada 2015-ci ildə göstəriləcəyi bildirilir.

Romanda Adolf Hitler-in 1945-ci ildə bunkerdə ölmədiyi, yatdığı və bir də 2011-ci il avqustun 30-da Berlində yuxudan oyandığı təsvir edilir.

Şəhərdə dolaşan Hitler-i ətrafdakılar onun rolunu oynayan aktyor zənn edirlər.
Onu kamerayla çəkib roliki YouTube-a yerləşdirirlər.

Hitler təzədən məşhurlaşır, TV-lərdə çıxış edir və...yenidən siyasətə qayıdır.
Timur Vermes-in bu kitabı 2012-ci ildə nəşr olunub.

Romanın təqdimatı həmin il Frankfurt Beynəlxalq Kitab yarmarkasında olub.
Kitab 1 milyon 300 min tirajla satılıb.

Tezliklə Spiegel dərgisinin tərtib etdiyi bestsellerlər siyahısında roman 6-cı yeri tutub.

Hələlik ancaq alman dilində olan romana artıq 17 dilə tərcümə olunmaq üçün lisenziya verilib.

Timur Vermes 1967-ci ildə Nürnberg-də doğulub. Anası alman, atası macardır. Timurun atası 1956-cı ildə sovet qoşunları Macarıstana girərkən ordan qaçıb.
Timur Erlangen universitetinin tarix və siyasət bölümündə təhsil alıb.Daha sonra jurnalistlik edib.

«Er ist wieder dа» onun ilk romanıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG