Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:46

Nigar Rəfibəyli bu dəfə Berlində anılacaq


-
Dekabrın 9-da Berlindəki Humboldt Universitetinin Ziyafət salonunda görkəmli Azərbaycan şairəsi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş «Məlum olmayan həqiqətlər» adlı ədəbi-bədii gecə keçiriləcək.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbir Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin, Humboltd Universitetinin Azərbaycan tarixi kafedrasının, Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı və ARDNŞ-in Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə baş tutacaq.

Xəbərdə bildirilir ki, gecədə Nigar xanımın şeirləri və sözlərinə yazılmış mahnılar səslənəcək.

Ötən həftə Nigar xanım Rəfibəylinin yubileyi Dövlət Filarmoniyasında qeyd olunmuşdu.
XS
SM
MD
LG