Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

Bakıda Şaxta baba olmaq istəyənlərin nəzərinə


-
Yeni il bayramı ərəfəsində Bakıda Şaxta baba olmaq üçün vətəndaşlardan müraciətlərin qəbuluna başlanıb.

Bu barədə apa-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

O, Şaxta baba olmaq istəyənlər üçün verilən icazənin məbləğinin dəyişmədiyini, əvvəlki illərdə olduğu kimi, 60 manat olduğunu bildirib.

Departament Bakı Dənizkənarı Bulvarı istisna olunmaqla, paytaxtın bütün rayonlarında Şaxta baba fəaliyyəti üçün icazə verir. İcazə alan şəxslər yanvar ayının 13-dək Şaxta baba ola bilərlər.

Ötən il departament ümumilikdə 20 nəfərə bu cür icazə verib.
XS
SM
MD
LG