Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Lavrov xarici qüvvələri Ukraynadakı siyasi böhrana qarışmamağa çağırıb


Sergei Lavrov

Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov xarici qüvvələri Ukraynadakı siyasi böhrana qarışmamağa çağırıb. O bu gün Brüsseildə NATO ölkələrinin xarici işlər nazirləri ilə görüşdən sonra deyib ki, NATO-nun Ukrayna hakimiyyətinin nümayişçilərə qarşı həddən artıq güc tətbiq etməsini pisləməsini başa düşmür.

Çərşənbə günü Moskvada Rusiyanın baş naziri Dimitry Medvedevlə Ukraynanın baş nazir müavini Yuri Boyko arasında görüş olub.Medvedev bildirib ki, Moskva Ukraynada sabitliyin tərəfdarıdır.Boyko Moskvaya Rusiyadan qaz alınması da daxil olmaqla, iqtisadi əməkdaşlıq məsələsini müzakirə etmək üçün gedib.

Keçmiş Ukrayna prezidenti Viktor Yushchenko vəziyyətə münasibət bildirirkən deyib ki, hökumət könüllü istefa verməlidir.

Ölkədə hökumətin istefası tələbilə etiraz aksiyaları davam edir, hökumət və parlament binalarının qarşısını minlərlə adam yığışıb.Müxalifətçilərin bu gün parlamentin tribunasını və rəyasət heyətini blokadaya aldıqları xəbər verilir.

Kiyevə əlavə daxili qoşunlar göndərilir.

Ukrayna hökumətinin bu günlərdə Avrropa Birliyi ilə asosasiv sazi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etiraz aksiyalarına səbəb olub.Bu sənəd noyabrın 28-də Vilnüsdə keçirilən sammitdə imzalanmalıydı.
XS
SM
MD
LG