Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:23

Rusiya ilə NATO hərbi sursatlarla bağlı layihə həyata keçirəcək


Rusiya ilə NATO köhnəlmiş hərbi sursatların məhv edilməsi ilə bağlı birgə layihə həyata keçirəcəklər. Bu barədə RİA Novosti NATO baş katibi Andres Foqh Rasmussena istinadən məlumat verir.

Rasmussen-in deyinə görə, tərəflər razılığa gəliblər ki, hərbi sursatların məhvini ətraf mühitə ziyan vurmadan həyata keçirsinlər.

Pilot layihə Rusiyanın Kalininqrad vilayətində həyata keçiriləcək.

Hərbi sursatların utilizasiyası ilə bağlı Rusiya ilə NATO arasında razılıq əldə olunması barədə ilk dəfə mətbuat 2012-ci ildə yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG