Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00
-
Ötən gün saat 19:00 radələrindən başlayaraq əsən güclü külək Göyçay rayonunda ciddi fəsadlara səbəb olub. Axşam saatlarında şiddətlənən külək 10 saatdan çox davam edib. Şəhər mərkəzində, eləcə də bütün kəndlərdə elektrik enerjisinin verilməsinə fasilələr yaranıb. Güclü külək bir çox yerdə xüsusilə şəhər mərkəzində və şəhərə yaxın kəndlərdə ağacları, elektrik və rabitə dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.
Hazırda Göyçay rayonunun 50-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti bərpa edilməyib. Rabitə, elektrik enerjisi və internet kəsilib.
Damı uçmuş evlərdən biri

Damı uçmuş evlərdən biri

Bir neçə yerdə iri gövdəli ağacların budaqları və yaşlı çinar, yol kənarı şam ağacları, qovaq ağacı qırılıb. Külək bəzi evlərin və yardımçı tikililərin üzərindəki dam örtüyünü qoparıb. Göyçayın Çayarxı kənd sakininə məxsus bir evin üç otağı yarasız hala düşüb..
Rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyasından verilən məlumata görə isə, elektrik dirəkləri və naqillərdə yaranan problemləri nəzərə almasa rayona ciddi ziyan dəyməyib. Fəsadların aradan qaldırılmasına gəldikdə isə artıq səhər saatlarından işlərin aparıldığını bildirdilər.
Qeyd edək ki, hazırda küləkli hava şəraiti tam dayanıb. Saat 11 radələrində isə rayon mərkəzinin bir hissəsi elektrik enerjisi ilə təmin olunub. Ərazidə ilkin işlərə başlanılıb. Analoji vəziyyət Ucar və Zərdab rayonlarında da yaşanıb.

XS
SM
MD
LG