Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

Azərbaycanda qiymət artımına etiraz olaraq prezidenə petisiya başlanıb


Foto arxiv

Foto arxiv

Dekabrın 3-dən başlayaraq Azərbaycanda qiymət artımına etiraz olaraq prezident İlham Əliyevə ünvanlanan petisiya başlanıb.

Müraciətə bir gün ərzində 20 mindən çox adam imza atıb.Hazırda orta hesabla hər 5 -10 saniyədə bir imza atılır.

Müraciətdə deyilir:
“Yanacağın bahalaşması yaxın gələcəkdə ərzaq məhsullarının da bahalaşmasına zəmin yaradacaq.
Bunu görmək istəmiriksə, hamı bir yerdə olmalı və vətəndaş fikrini söyləməlidir. Belə etsək, inanırıq ki, prezident bizi eşidəcək və dəstəkləyəcək”.

İmza toplantısı Avaaz.org –ictimai petisiya saytında aparılır.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə ölkədə neft məhsulları və qazın topdan satış qiymətinin artırılmasına qarşı etirazlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG