Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Ukrayna parlamentində müxalifət tribunanı və Ali Radanın prezidiumunu tutub


Dekabrın 4-də Ukrayna parlamentində müxalifət tribunanı və Ali Radanın prezidiumunu tutub.

RİA novosti-nin məlumatına görə, müxalifətçilər hökumətin istefa verməsini, eks baş nazir Yulia Tymosheko və Kiyevdəki aksiyada həbs edilən fəalın azad olunmasını tələb edirlər.

«Batkivşina» fraksiyasının lideri Yatseniuk Arseny isə deyib ki, prezident Viktor Yanukovych Çindən qayıdıb ölkədəki siyasi böhranın həllində iştirak etməyincə “müxalifətin parlamentdə nə işi var”.

Dekabrın 3-də Ukraynanın Ali radası müxalifətin hökumətə etimadsızlıq rəyini qəbul etməkdən imtina edib.

Kiyevdə hökumət binası qarşısında piket davam edir.

Bir neçə yüz etirazçı "İstiqlaliyyət" meydanı istiqamətindən binanın giriş qapıları qarşısında sədd çəkiblər. “İnqilab!” deyən aksiyaçılar baş nazir Mykola Azarovun istefasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG