Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:54

İsmayıllı meşələri qırılır- [Fotolar]


Kəsilərək məhv edilən ağaclar
Kəsilərək məhv edilən ağaclar
-
Basqal qəsəbəsinin əhatəsində olan meşəliklər kəsilərək məhv edilir. Yerli sakinlər deyirlər ki, vaxt var idi buralarda ağacların sıxlığından meşəyə girmək çətin idi.
İndi meşənin içərilərinə girdikdə hektarlarla ərazinin kəsildiyinin şahidi olursan. Artıq necə deyərlər meşədə bilək yoğunluğunda qalın ağac tapa bilməsən.
QƏBƏLƏDƏN İSMAYILLIYA QƏDƏR İSTİRAHƏT MƏRKƏZLƏRİ VAR
Qəbələ rayonundan İsmayıllının çıxacağına kimi meşələrin içində çoxsaylı istirahət mərkəzləri tikilib. Belə yeni bir obyekt də Basqalın çıxacağında tikilməkdədir. Bu üzdən də yeni ağaclar qırılmaqdadır. Biz əraziyə gedəndə də orada texnikalar iş başındaydı. Həmin texnikaların 10 saylı İsmayıllı Yol İstismar idarəsinə məxsus olduğu iddia olunurdu.
Ağaclar kəsilmiş ərazidə işləyən texnika
Ağaclar kəsilmiş ərazidə işləyən texnika
Ərazidə çalışanlarla söhbətdən bəlli oldu ki, texnikanın günü 500 manatdır. Onlar rəhbərliyin tapşırığı ilə iş görürlər.
EKOLOGİYA İDARƏSİ VƏZİYYƏTDƏN XƏBƏRSİZDİR...
Gördüklərimizə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin İsmayıllı regional idarəsinin rəisi Əlirza Əliyevə üz tutduq. O, bildirdi ki, bu vəzifədə yenidir və baş verənlərdən xəbəri yoxdur:
“Təcili baş verənlərlə əlaqədar əraziyə gedib lazımı ölçü götürəcəm”.
İdarənin işçiləri isə deyirdilər ki, rəis Əlirza Əliyevi belə işlərə qarşı barışmaz mövqedədir. Biz idarədən uzaqlaşmamış qrup şəklində həmin əraziyə baxış üçün nümayəndələr göndərildi. Sonradan diqqətimizə çatdırıldı ki, baş verənlər nəzarətə götürülüb və tədbir görülməsi üçün ciddi fəaliyyətə başlanılıb. Dəfələrlə cəhd etsək də Yol İstismar İdarəsinin müdiri Məhəmməd Musayevlə isə əlaqə saxlaya bilmədik.
DÖVLƏTİN TEXNİKASINDAN ŞƏXSİ MARAQLAR NAMİNƏ İSTİFADƏ?
Daha sonra rayon icra hakimiyyətinə üz tutduq. Rayon icra hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini Mahmud Süleymanov da bildirdi ki, bu işlərdən rayon rəhbərliyinin xəbəri yoxdur:
“Necə yəni, qəti şəkildə deyirəm dövlətin texnikasından, əmlakından şəxsi maraqlar naminə istifadə yolverilməzdir. Yaxşı oldu ki, bu məsələni diqqətimizə çatdırdınız. Mən bu saatdan etibarən bu məsələni araşdırıb tədbir görəcəm”.
Tikinti üçün hazırlanmış yer
Tikinti üçün hazırlanmış yer


XS
SM
MD
LG