Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Brüsselə gedib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Brüsselə gedib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan nümayəndə heyəti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-də keçiriləcək iclasında iştirak edəcək.

İclasda Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Nazirliyin məlumatına görə, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olaraq, habelə ISAF əməliyyatlarında verdiyi əhəmiyyətli töhfələrə görə təşkilatın yeni missiyasında potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG