Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:04

Aran bölgəsində güclü külək fəsadlar törədib


Dekabrın 3-də güclü külək Göyçay, Ucar, Zərdab və Ağdaş rayonlarında ciddi fəsadlara səbəb olub. ANSPRESS-in yaydığı məlumata görə, adı çəkilən rayonların bir hissəsində və əksər kəndlərdə elektrik enerjisinin verilişi dayanıb.

Külək ağacları, elektrik, rabitə və işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. İlkin məlumata görə, hazırda qeyd olunan yaşayış məntəqələrində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tikililər üzərinə aşıb. Bəzi yaşayış və yardımçı tikililərin dam örtüyünü qopub.

Günün bütün mövzuları

XS
SM
MD
LG